Bir çox insanın maraqla gözlədiyi smartphonle-lardan olan Xiaomi Mi A2 və Mi A2 Lite modelləri bugün Madriddə təqdim edildi. Mi A2 modeli Mi 6X-in, Mi A2 Lite modeli isə Redmi 6 Pro-nun Android One versiyasıdır. Hər iki yeni model Andorid P 9.0 yeniləməsini əldə edəcəklər. Telefonların texniki xüsusiyyətləri aşağıdakı kimidir.
Mi A2 modeli 7.3 mm qalınlığa sahibdir. Smartphone-nun ekranı 18:9 nisbətində və Full HD+ (2160x1080 piksel) görüntü keyfiyyətindədir. Mi A2 modeli 5.99 düym İPS LCD ekran sahibdir. Ekranın 2.5D Gorilla Glass 3 ilə hazırlanmışdır.
Mi A2 modelinin kamerası əvvəlki modelə görə daha da təkmilləşdirilib. Arxa hissədə cüt kamera yerləşdirilib. Arxa hissədəki kameralar 20 MP-lik f/1.75d Sony İM376 və 12 MP Sony İMX486 f/1.75d sensorlardan ibarətdirlər. Bu isə aşağı işıqda daha parlaq, daha rəngli çəkimlərə şərait yardacaq. Qabaq kamera isə 20MP AI dəstəkli selfie snapper ilə təchiz edilmişdir.
Smartphone-da Snapdragon 660 prosessoru istifadə edilib. Smartphone-nun ümumi batareya həcmi 3000 mAh-dır. Həmçinin Mi A2 modeli sürətli şarj dəstəyinə də malikdir. Smartphone-nun digər özəllikləri arasıda Blutooh 5.0, Wi-Fi 802.11ac, 3.5 mm qulaqıq girişini qeyd etmək olar.Qısaca desək Mi A2 modeli tam dolu və hərtərəfli smartphone sayıla bilər.
Mi A2 Lite modeli Mi A2 modelinin bir alt versiyası sayılır. 5.84 düym İPS LCD Full HD+ ekranla təchiz olunub. Bu modeldə çıxıntı da istifadə olunub. Smartphone-nun arxa kemraları 12 MP və 5 MP-dən ibarətdir. Qabaq kmaera isə 5 MP ilə təchiz olunub. Mi A2 lite modeli Snapdragon 625 prosessoru ilə bazara çıxarılacaq. Həmçinin telefon 4000 mAh batareya həcminə malikdir. Smartphone 4G, 3.5 mm qulaqcıq girişi və microSUB 2.0 dəstəyi ilə təqdim edilib.
Smartphone-ların qiymətləri aşağıdakı kimi olacaq.
Mi A2 3/32- 291$
Mi A2 4/64-326$
Mi A2 6/128-408$
Mi A2 Lite 3/32-209$
Mi A2 Lite 4/64-268$
Hər iki model Xiaomi-nin Global bazarda mövqeyini yüksəltmək üçün böyük rol oynayacaq.