Çoxdandı maraqla gözlənilən Xiaomi Mi 7 modelinin təqdimat tarixi bəlli oldu. Xiaomi Mi 7 mayın 23-ü təqdim ediləcək. Ən son texnoloji yenilkləri və dizaynı özündə əks etdirir. Mi 7-nin qiyməti təxmini olaraq 474 dollar olacağı deyilir.
Texniki xüsusiyyətlərinə baxdıqda isə , Snapdragon 845, 6/8 GB ram, 64 GB + yaddaş, 3D Face recognation( üz tanıma texnologiyası) özəlliklərini özündə biləşdirir. Cihaz 6.01 FHD ekrana sahibdir və 3500 mAh batareya ilə təchiz olunub. Cihazda barmaq izi ekranın altına yerləşdirilib. Mi 7-də cüt kamera olacaq ki, bu kameralardan biri 20 MP, digəri isə 12 MP-dir. Qabaq kameranın isə 20 MP olacağı deyilir. Telefon Qi naqilsiz enerji yığmağıda dəstəkləyəcək.
Mi 7 modelinin ön panelinin şəkilləri də internetdə yayılıb. Şəkildən də gördüyümüz kimi ön hissədə çıxıntı var. Bu dizayn 2017-2018 istehsal edilən bir çox telefonlarda istifadə edilib. Mi 7 modelinin şəkilləri 1-2 həftəyə tam şəkildə internetə sızacaq. Çünki vaxt yaxınlaşdıqca yeni modellər haqqında məlumatlar çoxalır.