Xiaomi-nin S2 prosessoru haqqında məlumatlar yayılıb. Belə ki, Şirkət Surge 2 prosesssorunun istehsalı üçün TSMC şirkəti ilə razılaşıb. Bilirik ki, S1 prosessorunu Mi 5C modelində istifadə etmişdi Xiaomi. S2 prosessorunu isə hansı modelində istifadə edəcəyi bilinmir. Yəqin Xiaomi yeni modellərində Surge prosessorunu istifadə edə bilər. Prosessor 16 nm texnologiyası ilə istehsal ediləcək. Prosessorda 2.2 Ghz ilə işləyən 4 ədəd Cortex A73 və 1.8 Ghz ilə işləyən 4 ədəd Cortex A53 nüvələri var. Qrafik hissədə isə Mali G71MP8 Gpu olacaq. Prosessor UFS 2.1 yaddaş və LPDDR4 ram-ı dəstəkləyəcək.
Şəkildən də görünür ki, bu prosessor üst səviyyə modellər üçün hazırlanmayıb. Prosessor əsasən orta səviyyə telefonlarda da istifadə ediləcək. Prosessorun 2018-ci ilin 2 ci yarısında təqdim edilməsi gözlənilir. Bu prosessor Xiaomi-nin yeni C seriyalı telefonunda istifadə edilə bilər.