WhatsApp-a qrup video zəng xüsusiyyəti gələcək! Bəli, düz oxudunuz

Bu çərşənbə axşamı Facebook-un F8 konfransınfa Zuckerberg WhatsApp və İnstagram-da video zənglər məsələsində çoxdandır gözlənilən yenilikləri açıqladı.

WhatsApp-a qrup video zəng xüsusiyyəti gələcək.

WhatsApp öz tətbiqinə bir milyarrdan çox istifadəçisi üçün eyni anda bir neçə şəxslə üz-üzə görüş keçirməsi üçün bu xüsusiyyəti əlavə edəcək.

Facebook-un Baş İcraçı Direktoru Mark Zuckerberg qrup video zəngləri xüsusiyyətini təqdim edir

Yenilik sayəsində ən çox 4 nəfərin qrup şəklində görünütülü söhbətləşməsi mümkün olacaq. Bu xüsusiyyət yalnız smartfonlar üçün gələcək və WhatsApp Web üçün nəzərdə tutlmayıb.

Zuckerberg-in fikrincə, görüntülü söhbət WhatsApp-ın ən populyar xüsusiyyətlərindən biridir və insanlar indiyə qədər bu zənglərdə 2 milyard dəqiqə vaxt keçiriblər.

İsmarıclarda stiker istifadəsi

WhatsApp-ın direktoru Mubarik İmam yeni stikerlər xüsusiyyətini təqdim edir

WhatsApp-a qrup video zənglərindən başqa, Messenger-dəki kimi ismarıc pəncərəsinə stiker yeniliyi də qarşıdakı aylarda gələcək.