
Araşdırma avtomobil istifadə etməyin fiziki və zehni olaraq durğunluğa, həddindən artıq stressə və yorğunluğa səbəb olduğunu ortaya qoydu. Bütün bu faktorların beyin funksiyası və fəaliyyətlərini yavaşlatdığı ifadə edildi. Araşdırmanın nəticəsində xüsusilə orta yaşlı sürücülərin gündə iki saatdan çox sükan başında olmasının IQ səviyyəsini davamlı olaraq aşağı saldığı qeyd edildi. Mütəxəssislər sağlam bir beyin üçün zehni və fiziki olaraq hərəkət halında olmağın əhəmiyyətinin yüksək olduğunu qeyd edirlər .