Jet Motoru ilə Hazırlanan maşın Dünya Üzrə Sürət Rekordu qırmağa çalışacaq !

Sürət rekordunu qırmaq üçün hazırlanan təyyarə görünüşlü avtomobil heyranlıq doğurur. Saatda 1600 km-ə çatması planlaşdırılan maşın üçün hazırlıqlar davam edir. İngiltərədə hazırlanan proyektdə son hazırlıqlar tamamlanır. Əgər maşın deyilən sürətə çatarsa quru üstündəki sürət rekordunu qırmış olacaq. Ancaq indidən görünüşü diqqət cəlb edir . UŞAQLAR ÜÇÜN hazırlandı Layihənin rəhbərləri oyuncaq avtomobil görünüşündəki bu mühəndislik möcüzəsinin əslində 'uşaqlara elmi sevdirmək' məqsədiylə hazırlandığını söyləyir. Oktyabr ayı ərzində saatda 1228 km olan dünya rekordunu qırmağı sınayacaq. Beləliklə sürət səs sürətini da keçmiş olacaq.


Layihənin irəliləyən mərhələlərində qurğunun 1600 km-ə qədər sürət yığa biləcəyi düşünülür. Bu sürətə çata bilmək üçün qurğuda reaktiv mühərrik istifadə edilir. Xərci isə Çindəki bir sponsor firma boynuna götürür.


Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .