Thermaltake-dən yeni Riing Trio PC fanları.

Thermaltake yeni Riing Trio 12 RGB adlı PC fanlarını təqdim etdi. Bu fanlar digərlərindən fərqli olaraq Amazon Alexa dəstəklidir. Bu isə fanların səs ilə işləyəcəyini göstərir. Yeni fanlar TT RGB Plus yazılmı ilə istifadəçi tərəfindən özəlləşdirilə bilər. Fanlarda olan işıq effektləri, modları və s. kimi xüsusi özəlliklər səs vasitəsi ilə problemsiz işləyə biləcək. Həmçinin fanlar Razer Chroma Lightning ilə tam dəstəklidir.

Riing Trio fanları  maye soyutma sistemində də istifadə edilə bilər. 12 cm ölçüsündə olan fanlar çox az səs yaradır və əlavə olaraq fanlar anti-titrəmə sisteminə malikdir.