Astronomiya elmi artıq kosmosu kəşf etmək üçün süni zəkadan geniş istifadə edəcək. Avtonom maşınlardan istifadə etdiyimiz smartfonlara qədər, demək olar ki, hər texnoloji cihaz süni zəka ilə işləyir. Süni zəka xidmət, tibb və bir sıra elm sahələrində artıq tətbiq olunur. Astronomiya elminə daxil olan bu sistem böyük miqdarda məlumatların toplanması və saxlanması üçün imkanlar yaradacaq. Astronavtların süni zəkanın köməyilə Ayda 6 min yeni krater tapması bunun sübutu kimi göstərilə bilər.
Ayda kraterlərin sayının çox olmasının səbəbi astreoid və meteoritlərin sıx yağışıdır. Ayda atmosfer olmadığına görə bu səma cisimlərinin hücumuna qarşı Ay müdafiəsizdir.
Süni zəka bu kraterləri tapmaq üçün çox vacib əhəmiyyət daşıyır. Çünki sayları çox olan bu çuxur strukturlarını tapıb kəşf etmək üçün böyük bir səy göstərmək lazımdır, lakin proqramlaşdırılmış bir sistem bu prosesi asanlıqla həyata keçirməyi təmin edir. Buna görə də, astronavtlar daha çətin araşdırmalara vaxt ayıra bilirlər. Ayın kraterləri haqqında daha çox məlumat toplamaq Günəş sisteminin tarixi və formalaşması haqqında aparılan araşdırmaları sürətləndirəcək.
Süni zəkanın tətbiqinin artırılması onun gələcəkdə insanların peşələrini əlindən almasına gətirib çıxaracağı deyilir. Lakin astronomiyada tətbiq olunması kosmosun araşdırılmasını, kəşfini sürətləndirər və hətta digər planetlərə daha rahat səyahəti təmin edər.