Qlobal internet şəbəkəsi qurmaq istəyən SpaceX, Starlink adını verdiyi layihənin ilk razılığını alıb. FCC (ABŞ Federal Kommunikasiya Komissiyası) tərəfindən qəbul edilən SpaceX Starlink layihəsinin təfərrüatları:
SpaceX Starlink FCC tərəfindən təsdiq olundu
SpaceX-in 4,425 ədəd peyk ilə dünyada qlobal internet şəbəkəsi yaratmaq istədiyi Starlink layihəsi FCC tərəfindən təsdiq olundu. 10 milyar qiyməti olan bu layihənin əsasında SpaceX, 2019 və 2024 illəri arasında iki mərhələdə peykləri kosmosa göndərəcək. Dünyanın 1150 ilə 1325 km uzaqlığında olacaq bu peyklər bizə 1 Gpbs bağlantı təqdim edəcək.
SpaceX direktoru Gwynne Shotwell verdiyi açıqlamada yaratdıqları bu layihənin dünyanı bir-birinə bağlamaq üçün böyük bir addım olduğunu deyib. Qarşılarında hələ çox yolun olduğunu deyən Shotwell, dünyada internetə bağlanmaqda problem yaşayan sivilizasiyaların belə problemlərini bu yol ilə həll edəcəklərini söyləyib.
FCC tərəfindən təsdiqlənən bu layihədən sonra OneWeb, Telesat və Space Norway kimi digər layihələrindən yaxında təsdiqlənilməsi gözlənilir. Lakin Starlink layihəsinin qarşısında ən birinci başqa problemlər dayanır.
Bu problemlərin ən başında insanlar tərəfindən göndərilən və artıq istifadə edilməyən digər kiçik peyklər göstərilir. Bundan başqa şəbəkələr arasında məsafədə digər bir problem kimi Starlink layihəsinin qarşısına çıxır.
Bunlara baxmayaraq, SpaceX Starlink layihəsi gələcək üçün çox ümidverici görünür.