SpaceX dünyanın ən güclü roketi Falcon Heavy-nin uçuşunu reallaşdırdı

Bütün dünyanın maraqla gözlədiyi Falcon Heavy-nin uçuş xəbəri gəldi.

SpaceX şirkət qurucusu və elektrik maşın istehsalçısı Tesla-nın CEO-u Elon Musk-un təşəbbüsü ilə bu gün dünyanın ən güclü roketinin, Florida ştatının Kennedy Space Base-dən uçuşu həyata keçirildi. SpaceX Falcon Heavy-nin uçuşunu canlı yayımda həyata keçirdi. İlk mərhələ uğurlu oldu və roketdən ayrılan kapsul yenidən istifadə olunmaq üzərə yerə qayıtdı. Roket isə Marsa doğru yol almağa davam edir.

SapaceX şirkətinin istehsal etdiyi Falcon Heavy eyni zamanda Musk-un Tesla avtomobilini də kosmosa daşıdı. Qırmızı avtomobilin sürücü oturacağında kosmanavt geyimli cansız model oturur.

Musk avtomobilini Marsın orbitinə yerləşdiriləcəyini və avtomobildə David Bowie-nin Space Fight mahnısının ifa olunacağını dedi .