Məşhur futbolçu Ronaldo sosial mediya nəhəngi Facebook-un video yayım xidmətində yer alacaq serialda yaradıcı heyətdə işləmək üçün razılaşdı.
Futbol aləminin ən böyük ulduzlarından olan Cristiano Ronaldo sosial mediya nəhəngi Facebook ilə razılaşması əsasında serialda icraçı prodüser olaraq çalışacaq.
Sosial şəbəkədə yayımlanacaq serialda qızlardan ibarət futbol komandasının Nyu Yorkda yaşadıqları macəralardan, cəmiyyətdəki münasibətlərdən, qazanmaq uğrunda aparılan mübarizə və bu yolda qarşılanan çətinliklərdən bəhs ediləcək.
Facebook-un yeni yayım xidməti Facebook Watch üçün çəkiləcək serialın adı və yayımlanma tarixi hələlik məlum deyil.
Facebook-un ilk serial layihəsi Queen America olmuşdu. Memphis Beat serialının yaradıcı heyəti Liz Garcia və Josh Harto ilə birlikdə Ronaldonun da prodüser olacağı bu serial platformanın ikinci serialı olacaq.
Bundan başqa, Ronaldo Graphic India and VMS Communications şirkətlərilə əməkdaşlıq çərçivəsində Strike Force 7 adlı animasiya serialında super qəhrəmanlardan ibarət futbol komandasının lideri personajını canlandıracaq. Rəqəmsal platformalarda yayımlanacaq serialın eyni zamanda, komiks və oyunları da işıq üzü görəcək.
Bu serialda da icraçı prodüser vəzifəsində olacaq 33 yaşlı Ronaldo görünür, özünün də əvvəlki açıqlamalarına əsasən, futbolçu karyerasını bitirdikdən sonra film və serial sektoruna keçməyi planlaşdırır.