Black Mirror serialındakı Tətbiq Gerçək Oldu !

Black Mirror serialının 3-cü mövsümünün 1-ci hissəsindəki RateMe adlı tətbiqi gerçək oldu. Tətbiq üçün bir internet saytı açıldı. Rateme.social ünvanı Black Mirror Twitter hesabından "İnsanların sizin haqqınızda nə düşündüyünü bilmək istəməzsiniz mi ? RateMe xidmətinizdə." qeydi ilə paylaşıldı . Tətbiq serialda olduğu kimi sizə ümumu balınızı göstərir. Tanıdıqlarınıza da bal verməyinizi təmin edir. Nəticəni gördükdən sonra alt qisimdə yer alan 'Balınızı artırmaq istəyirsiniz?' şəklinə basdığınız zaman isə Netflix-ə yönləndirilirsiniz . Black Mirror serialının 3-cü mövsümünün ilk hissəsində insanlar RateMe (Mənə səs ver) adlı bir tətbiq istifadə edir və insanlar adlarını yazaraq həm bir-birinə səs verə bilir , həm də öz səslərini görə bilirdilər . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .