Renault şirkətinin Clio markalı avtomobilləri üçün “Ana, çatdım mən” texnologiyası bir düymənin köməyilə ananıza gedəcəyiniz yerə çatmağınızla bağlı mesaj göndərilməsini təmin edir.
Türkiyədə və digər bir çox ölkədə hər ilin may ayının ikinci bazar günü qeyd edilən “Analar Günü” yaxınlaşdıqca analara yönəlik işlər də gəlməyə başlayır. Renault-un bu yenilyi sayəsində “Çatanda zəng et” dərdinə son qoyulur və unutqan uşaqların da işi rahatlaşır.
Texnologiya bu şəkildə işləyir:
- “Ana, çatdım mən” düyməsi Renault Clio-nuzun qabaq konsoluna yerləşdirilir
- Mom Button mobil tətbiqi endirilir və telefona quraşdırılır
- Ananızın telefon nömrəsi seçirsiniz
- Çatan zaman mesajı göndərmək istədiyiniz sözləri yazırsınız
- Gedəcəyiniz yerə çatdıqda “Ana, çatdım mən” düyməsini basırsınız
- İsmarıc ananızın telefonundakı tətbiqə gedir
Aşağıda bu texnologiyanın reklam videosunu izləyə bilərsiniz.