Scuderia Cameron Glickenhaus avtomobil şirkəti yeni istehsalı olan SCG004 adlı super avtomobilinin teaser görüntülərini paylaşıb.
Şirkət avtomobilin həm GTE, GT3 və GT4 yarışları üçün nəzərdə tutulmuş versiyanı bu il, yol üçün nəzərdə tutulmuş versiyanı isə 2020-ci ildə satışa çıxaracağını açıqlayıb.
Yol üçün nəzərdə tutulmuş SCG004S (yuxarıdakı şəkildə gördüyünüz) öz axıcı xəttləri və geniş gövdəsilə yeni nəsil Ford GT-i xatırladır. Maşının yarış versiyası isə aqressiv qabaq qanadlara və olduqca böyük arxa küləklik kimi kuza hissələrinə sahibdir.
Yuxarıdakı S versiyasının bir az üst səviyyəsi olan CS versiyası isə maşının yarış versiyasındakı bəzi hissələri özündə ehtiva edir.
SCG004CS
Glickenhaus SCG004 avtomobili 5 litrlik 650 at gücü və 720 Nm tork gücündə motora sahibdir. Yol üçün nəzərdə tutulmuş versiyada ötürücü qutuda 6 avtomatik seçim imkanı olan avtomobilin yarış versiyasında fərqli bir sistem olacaq.
SCG004 super avtomobilinin salonuna nəzər salsaq, burada klassik McLaren F1 super avtomobilindəki kimi ortada yerləşən bir sürücü oturacağı və sükan olduğunu görə bilərik. Tamamilə sürücü üçün nəzərdə tutulmuş bu avtomobilin SCG004S versiyası bu ilin sonunda 400 000 $ ilkin qiymətilə satışa çıxarılacaq. Qeyd edək ki, Glickenhaus şirkəti bundan əvvəlki SCG003 avtomobilini 2 milyon $-dan satışa çıxarmışdı.
Şirkət həm də Boot adlı yolsuzluq (off-road) avtomobili üzərində işləyir və bu avtomobil ilə Nyu Yorkdan Parisə qədər bir səyahət tədbiri həyata keçirərək yeni modelini isbat etdirmək istəyir.