Razer Blade 15.6 ( 2018 ) notebook-u təqdim edildi.

Razer şirkəti 2018-ci ildə edəcəyi yeniliklərdən biri Razer Blade 15.6 ( 2018 ) modeli oldu.

Razer yeni Gaming notebook təqdim etdi. Texniki özəllikləri və qiyməti ilə fərqlənəcək olan bu model xüsusi özəlliklərə malikdir ki, bu özəlliklər qiymətə birbaşa təsir edən amillərdəndir. Bilirik ki, Razer şirkəti ən bahalı və ən keyfiyyətli Gaming aksessuarları, notebook-ları istehsal edir. Şirkət dünyanın hər yerində tanınmış markalardan biridir. Yeni model Razer Blade 15.6 adlanır. Yeni modelin texniki xüsusiyyətləri aşağıdakı kimidir.

İntel i7-8750H ( 6 core 12 thread) 2.2 GHz sabit, turbo 4.1 GHz olur.

İntel Mobile HM370 çipset

16 GB DDR4 2667 MHz ram ( 32 GB kimi yüksəldilə bilər )

1x mDP, 1x HDMI 2.0b, 1x USB-C Thunderbolt 3, 3x USB 3.1 girişləri mövcuddur.

Dolby Atmos audio səs sistemi, ikili stereo dinamiklər və 3.5mm jack girişi var.

 Intel Wireless-AC 9260 giving 802.11 a/b/g/n/ac

Anti-Ghosting Razer Chroma (RGB) klaviatura

1 MP qabaq kamera ( 720p keyfiyyətində )

Bluetooth 5 və modelin batareyası 80 Wh-dur.

Ekran FHD/UHD 144 Hz-dir və İPS paneldir.

Ekran kartı hissəsində GTX 1060/1070 Max-Q istifadə ediləcək.

Razer Blade 15.6 modelləri aşağıdakı qiymət və texniki xüsusiyyətlərlə bizlərə təqdim ediləcək.

1060 Max-Q, 6GB GDDR5, IPS Matte 1920×1080 at 60 Hz, 256 GB SSD-$1,899

1060 Max-Q, 6GB GDDR5, IPS Matte 1920×1080 at 144 Hz, 512 GB SSD-$2,199

1070 Max-Q, 8GB GDDR5, IPS Matte 1920×1080 at 144 Hz, 256 GB SSD-$2,399

1070 Max-Q, 8GB GDDR5, IPS Matte 1920×1080 at 144 Hz, 512 GB SSD-$2,599

1070 Max-Q, 8GB GDDR5, IPS Touch 3840×2160 at 60 Hz, 512 GB SSD-$2,899 (Amerikada, Kanada, İngiltərə və Almaniyada olacaq)

Razer Blade 15.6 modelinin videosunu sizlərə təqdim edirik.