Playstation 4 Pro-nun Spider-Man edition modeli təqdim edildi.( VİDEO )

Playstation 4 Pro modelinin Spider-Man edition versiyası təqdim edildi. Limitli sayda təklif olunacaq bu model xüsusi olaraq qırmızı rəngə boyanmış PS4 Pro, PS4 jostick və Spider-Man oyunu ilə birlikdə bizlərə təklif ediləcək. Spider-Man sevənlər üçün bu təklif çox yaxşı fürsətdir. Həmçinin rənginin fərqli olması digərlərindən seçilir və daha çox özünə cəlb edir. Spider-Man edition modelinin qiyməti 399 dollar dəyərində təyin edilib. Model 7 sentyabrdan etibarən  satışa təqdim ediləcək.

Modelin videosunu sizlərə təqdim edirik.