ABŞ hökuməti cəsusluq şübhəsi ilə Çinin iki ağıllı telefon istehsalçısı Huawei ve ZTE-nin Pentaqon bazalarındakı mağazalarda telefon satışına qadağa qoydu.
ABŞ-ın Ticarət Nazirliyinin ZTE şirkətinin amerikalı Qualcomm şirkətindən məhsul almasına qadağa qoymasından sadəcə 2 həftə keçsə də, bu dəfə iki şirkəti birdən hədəfə alındı.
Hökumət bu addımı atmasına səbəb kimi potensial təhlükəsizlik təhdidlərinin olmasını göstərdi. Pentaqonun əməkdaşı Dave Eastburn Wall Street jurnalına verdiyi müshibədə:
Huewei ve ZTE markalı cihazlar şəxsi və vacib məlumatlar və tapşırıqlar üçün qəbul edilə bilməyəcək dərəcədə risk yarada bilər. Bu səbəblə də hərbi bazalarda bu markaların məhsullarının satılması etibarlı deyil.
deyə, açıqladı.
Hal-hazırda bu telefonları işlədən əsgərlərə bu cihazların yarada biləcəyi təhlükəsizlik xətaları barədə xəbərdərlıq edilib.
ABŞ hökuməti Çinin ABŞ əsgərlərini izlməsindən, bazadakı əməliyyatlar, əhəmiyyətli iclaslar haqqında məlumat əldə etməsindən narahat olsa da, Huawei şirkətinin The Journal-a verdiyi açıqlama tamam başqa şeyləri ifadə edir:
Huawei Çin hökümətindən ayrı, müstəqil şəkildə fəaliyyət göstərir. Biz heç bir hökumətin başqa bir ölkədə cəsusluq və təxribat işi aparmasını istəmirik.