Qlobal rəqəmsal video şəbəkəsi Netflix-in bazar dəyəri səhmlərində yüksəlişdən sonra Disney və Comcast kimi amerikalı mediya nəhənglərinin dəyərini arxada qoyaraq 163 milyard dollara çatdı.
21 il əvvəl qurulan Netflix internetdən informasiya mübadiləsi və video-on-demand sistemi də daxil olmaqla, poçt vasitəsilə DVD sataraq işə başlamışdı. Nyu York birjasında əməliyyat görən Netflix-in səhmbaşına dəyəri 344.72 dollardan 354 dollara qalxaraq 2.7% artım əldə etdi.
Beləliklə, Netflix-in bazar dəyəri 4.3 milyard dollar artaraq 158.8 milyard dollardan 163 milyard dollara yüksəldi. Nəticədə, Netflix Disney və Comcast kimi amerikalı mediya nəhənglərinin bazar dəyərini arxada qoyub.
1997-ci ildə Rid Hastinqs və Mark Randolf tərəfindən poçt ilə DVD sataraq və DVD icarəsi ilə məşğul olaraq sektora girən Netflix beləliklə də nəhəng telekom və mediya şirkətləri AT&T və Verizon-a bir addım da yaxınlaşmış oldu. Hər iki şirkət 200 milyard dollar yaxın bazar dəyərinə sahibdir.
Netflix-in ötən ay açıqladığı birinci rüb balansına əsasən, şirkətin ildən-ilə mənfəəti 63%, gəliri 40% artıb. Dünyadakı ümumi abunə sayı isə 125 milyona çatıb. Bu rəqəmin ilin ikinci rübündə 131 milyona çatması gözlənilir.