Bütün dünyada abunə sayı ilə hər kəsi heyrətləndriən Netflix orijinal film və seriallarının sayını artırmağı hədəf seçib.
Dünyanın ən böyük internet televiziya şəbəkəsi Netflix son illərdə istehsal etdiyi serial və filmlərilə adından bəhs etdirməyi bacarıb. La casa de papel, Narcos, Stranger Things, 13 Reasons Why, Annihilation kimi məşhur məzmunlar bu işlərdən sadəcə bir neçəsidir.
Bu ekran işlərilə abunəçilərinin ürəyinə yol tapan Netflix daha çox serial və film istehsal etməyi hədəfləyir. Şirkətin məzmun rəhbəri Ted Sarandos yeni xərclərin 85%-nin 2018-ci ildəki işlərə çəkildiyini bildirərək ilin sonuna qədər 1000 ədəd orijinal işin platformada yer alacağını əlavə edib. Bu isə əlavə 470 yeni serial və filmin çıxacağı mənasını verir.
Qeyd edilib ki, Netflix bu il bu işlərə ümumilikdə 8 milyard dollar xərcləyəcək.