Bildiyimiz kimi, Microsoft-un təqdim etdiyi Surface cihazları çox bahalıdır. Şirkət yeni Surface Go cihazını təqdim etdi ki, bu cihaz digərlərinə baxdıqda ucuz və sərfəlidir. Surface Pro-dan daha kiçik ekrana sahib olan bu model, həmdə texniki xüsusiyyətlər baxımından da nisbətən zəifdir. Dizayn cəhətdən modeldə heç bir dəyişiklik yoxdur. Windows 10 ilə təqdim ediləcək cihazın ekran ölçüsü 10 düymdür( 1800x1200 piksel ) və cihazda üz tanıma funksiyasıda mövcuddur. Həmçinin cihazda Surface portu və USB-C 3.1 var. Surface Go-nun prosessoru 14 nm texnologiyasına sahib olan İntel Pentium Gold 44115Y-dir. Prosessorun saat sürəti 1.6 GHz-dir. Cihazda ram 4/8 GB, yaddaş isə 64/128 GB olacaq.Qiyməti isə 400 dollar( 4\64 ) dəyərində təyin olunub. Digər verisyası isə ( 8\128 ) 549 dollardan satışa çıxarılacaq.
Surface Go cihazı Surface Pen və klaviatura vasitəsi ilə istifadə edilə bilər.
Surface Go modelinin videosunu sizlərə təqdim edirik.