Microsoft Edge rəqiblərini geridə qoydu

Microsoft Edge bruzeri rəqiblərini geridə qoyaraq ən az batareya istifadə edən brauzer oldu.

 Windows 10  Fall Creators Update ilə Microsoft Edge-də  daha az enerji istifadə etməyə nail oldu . Microsoft tərəfindən aparılan testdə üç fərqli konfiqurasiyada Surface Book cihazının üç müxtəlif web brauzerində vahid HTML5 formatlı video oynanılıb. Mozilla Firefox 52 saat , Google Chrome 13 saat 31 dəqiqə davam etdi. Microsoft Edge isə 16 saat 8 dəqiqə ilə rəqiblərini  geridə buraxdı.Şirkət həmçinin Chrome-dan daha sürətli və daha təhlükəsiz gözdən keçirmə təcrübəsinə sahib olduğunu iddia edən video paylaşdı. Apple Jetstream 1.1 benchmark və NSS  saytları  hesabatında Microsoftun brauzerinin yüzdə 48 daha sürətli və yüzdə 18 daha etibarlı olduğunu göstərir.  Maraqlıqır bütün bu nəticələrdən sonra internet brauzerləri arasında liderlik edən Edge istifadəçilər tərəfindən üstünlük təşkil edəcəkmi?