Mastercard və McDonald’s əməkdaşlığı ilə artıq hamburger sifarişi ismarıclaşma ilə ödəniləcək. Ancaq hələ ki, Türkiyədə

McDonald’s yeni ödəmə texnologiyasını təqdim edib

Ödəmə texnologiyaları üzrə qabaqcıllardan olan Mastercard ilə dünyaca məşhur sürətli xidmət restoranı markası McDonald’s internet vasitəsilə “söhbət edərək sifariş vermək” imkanı yaradan yeni əməkdaşlığa imza atıb. Facebook Messenger ilə McDonald’s çatbotundan istifadə edərək söhbət pəncərəsindən ayrılmadan Masterpass ilə etibarlı şəkildə ödəmə etmək mümkündür. McDonald’s Messenger çatbotu ilə sifariş verib ödəmə etmək imkanının Masterpass rəqəmsal ödəmə texnologiyası ilə inteqrasiyasını ilk dəfə Türkiyədə müştərilərə təqdim etdi. 

Masterpass ilə ödəmə nümunəsi

Mastercard McDonald's ilə əməkdaşlığını 4-6 iyunda Amsterdamda baş tutan Money 20/20 tədbirində bildirdi. McDonald's sevərlər artıq Messenger çatbotu ilə yemək sifarişlərini vermək imkanına qovuşmaqları ilə bərabər, ödəmələrini də Masterpass ilə sadəcə bir toxunuşla ya da SMS ilə təsdiqləyərək etibarlı və sürətli şəkildə həyata keçirə biləcəklər. Yeniliyin digər ölkələrdə nə zaman tətbiq ediləcəyi barədə məlumat hələ ki, yoxdur.

Müştəri Messenger-in axtarış çubuğuna McDonalds yazıb çatbot vasitəsilə söhbət edərək sifarişini verə bilir. Sifariş tamamlandıqdan sonra ödəmə prosesi Masterpass ilə etibarlı və praktiki şəkildə reallaşır. Proses McDonald's tərəfindən sifariş qapıya gəldikdən sonra tamamlanır. Kart sahiblərinin kart məlumatlarını bir dəfə qeyd etməsindən sonra hər alış-veriş üçün təkrar qeyd edilməsinə ehtiyac olmadan, Masterpass loqosuna toxunmaqla onlayn ödəməni həyata keçirmək mümkün olacaq.

Çatbot ilə danışaraq alış-veriş

Mastercard-ın danışaraq alış-veriş məsələsində Future Agenda araşdırma proqramı ilə əməkdaşlıq çərçivəsində etdiyi araşdırma çatlaşaraq alış-veriş etməyin fürsət və çətinliklərini öyrənmiş, ABŞ-da 66% istehlakçının ismarıc və ya səsli mesajdan istifadə edərək alış-veriş etdiyini, Avropada isə hər 5 istehlakçıdan 1-nin artıq bu üsulla məhsul sifariş etdiyini ortaya qoyub.

Mastercard İdarə Heyəti Sədrinin Köməkçisi Ann Cairns mövzu ilə bağlı bunları dedi:

Səs texnologiyasının sürətlə böyüməsi yenilikçiliyi, yaşamaq və iş görmək üsulumuzu dəyişdirəcək potenisala sahibdir. Səs iş görmək məsələsində daha sürətli, daha asan və daha rahat təcrübələrə imkan yaradır.  Səs texnologiyasının əsl rolu konkret fayda verən etibarlı bir təcrübə imkanı yaratmasındadır.