MARSDA HƏYAT: Avropa kosmik gəmisi ExoMars tədqiqata başladı

Avropanın kosmik gəmisi qırmızı planetə bir illik səyahətin ardından Marsda canlı həyat axtarmağa başladı.

Avropa Kosmik Agentliyinin (ESA) ExoMars gəmisi hal-hazırda planetin ətrafında dövr edir və qarşıdakı iki həftə ərzində yadplanetli canlı həyatı üçün axtarışa başlayacaq.

Kosmik gəmi metan qazı kimi canlı orqanizmin var olduğuna dair əsaslı göstəriciləri müəyyənləşdirmək üçün Marsın atmosferində qalaraq müşahidə aparaq.

Avropa Kosmik Agentliyi isə hazırda Marsın orbitində olan gəmiyə yeni proqram tətbiqi yükləyir.

Avropa Kosmik Agentliyinin missiya rəhbəri Pia Mitschdoefer öz açıqlamasında bunları bildirdi: “Bu, bizim ExoMars proqramındakı əsas mərhələmiz və Avropa üçün fantastik bir nailiyyətdir. Biz aerobreyk ərzində ilk dəfə bu orbitə çatdıq və Marsa göndərilən bu ən ağır gəmimiz orbitdən həyat izləri axtarmağa hazırdır”.

Gəmi daha əvvəl NASA ESA tərəfindən Marsda tapılan metan qazı da daxil olmaqla, Marsın atmosferinin 1%-dən azını təşkil edən səth qazlarını təhlil edəcək.

Metan qazına Yerdə də rast gəlinir və daha çox canlı mikrobların fəaliyyəti ilə yaranır. Mütəxəssislər planetimizdən başqa yerdə də həyatın olduğunu sübut etmək üçün eyni prosesi Marsda da tapmağı ümid edirlər.

Bununla bərabər, metan vulkanik aktivlik və təbii olaraq yaranan hidrokarbonun təsiri ilə də yarana bilir. Kosmik aparat bu metan qazlarının yaranma mənbəyini təyin edə biləcək.

Bu sadecə missiyanın ilk mərhələsidir. 2020-ci ildə isə İngiltərədə yaradılan və dizayn edilən kəşfiyyat cihazı ExoMars Rover Marsa enəcək. ExoMars Rover Marsdakı həyat əlamətərini araşdırmaq üçün torpaq nümunələrini toplayacaq.