Amerikanın Aviasiya və Kosmos Dairəsi Marsda ABŞ-ın ən böyük gölü Superior böyüklüyündə buz kütləsi olduğunu açıqladı.
Austin şəhərindəki Texas Universitetindən elm adamlarının rəhbərliyində olan bir qrup Marsda böyük bir buzlaq yatağı kəşf etdi.
Amerika Geofizika Birliyinin rəsmi nəşri Geofizika Araşdırma Yazıları tərəfindən hazırlanan bir hesabatda Marsın Utopia Planitia bölgəsində 375 min kvadrat kilometrlik buz təbəqəsi olduğu haqqında məlumat verdi .
NASA-nın Kaliforniya Texnologiya İnstitutu Jet Propulsion internet səhifəsində edilən şərhdə isə buzlaq hövzənin diametrinin 2 min 50 mil (3 min 300 kilometr) uzunluğunda olduğunu bildirildi.
Kəşfin kosmos aparatının radarıyla reallaşdırıldığını bildirən NASA bu kəşfin Marsın tarixi və gələcəkdə ola biləcək su qaynaqlarının müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd etdi.