Instagram istifadəçiləri indiyə qədər hekayələrində yalnız iki seçim əsasında anket hazırlaya bilirdilər. Yeniləmə ilə birlikdə sosial şəbəkədə artıq emoji sürüşdürməklə anketləri fərqli şəkildə cavablamaq mümkün oldu. Bu üsul Instagram hekayələrindəki anketləri daha əyləncəli formaya salır.
Instagram istifadəçiləri artıq hekayələrdəki anketlərə emojilər ilə cavab verəcək. Sosial şəbəkənin ən son versiyasında istifadəyə verilən emoji sürüşdürmə etiketi anketi hazırlayan şəxs tərəfindən hekayəyə əlavə edilə bilir.
Bu xüsusiyyət bir növ paylaşımı qiymətləndirmə vasitəsi kimi də qəbul edilə bilər. Emoji sürüşdürmə anketini hekayəyə əlavə etmək üçün ekranı aşağıdan yuxarıya sürüşdürüb etiketlər bölməsindən onu seçə bilərsiniz.
Əgər Instagram-ı yenilədikdən sonra bu yeniliyi görə bilməsəniz, sadəcə bir neçə müddət gözləyin. Çünki yenilik istifadəçilərə mərhələ-mərhələ təqdim olunur.