Əsasən otel rezervasiyası veb saytı kimi istifadə olunan Hotels.com verdiyi digər rezervasiya xidmətlərini diqqətə çatdırmaq üçün maraqlı bir üsula əl atıb: İnternet tarixinin ən uzun URL-nu satın alaraq bütün xidmətlərinin adını bu URL-da yerləşdirib.
CP+B agentliyi tərəfindən yaradılan URL-da sahillərdəki daxmaların, müxtəlif yerlərdəki yataqxanaların, motellərin rezervasiyası kimi xidmətlərin adlarının yazıldığı 2083 simvol mövcuddur.
CP + B-nin Yaradıcı Direktoru Quinn Katherman bu işlə bağlı bunları dedi:
Bu kampaniyadakı mesajımız Hotels.com-un xidmətlərindən hər yerdə istifadə edə bilməyinizlə bağlıdır. Ancaq bu istəyimiz bizim adımızda göstərilmirdi. İnsanların Hotels.com-un otellərdən başqa xidmətləri də təqdim etdiyini bilməsi üçün etməli olduğumuz şey şirkətin adını hər cür yerləşdirmə xidmətini özündə birləşdirəcək şəkildə dəyişdirmək oldu. URL-lar artıq internet təcrübəmizin gözardı edilmiş bir parçasıdır. İnsanların bir URL-nun fərqinə yenidən varmasının ən yaxşı yolu indiyə qədər yayımlanmış ən uzun URL-na sahib olmaq idi.
Aşağıdakı şəkildə olan link birbaşa Hotels.com-a yönəldir.
Yəqin ki, oxumadınız. Ona görə də yaxşısı budur Hotels.com-un YouTube-dakı reklam videosuna baxın və bu linkdəki sözləri orda eşidin.
Bu maraqlı reklam kampaniyası əlverişsiz bir şeyi bir imkana çevirdi və bu, qəribə olsa da, olduqca təsiredicidir.