Acer-in Chromebox CX13 modelinin qiyməti bəlli oldu.

Acer Yanvar ayında CES 2018-də təqdim etdiyi Chrome OS masaüstü komyuterinin qiymət bəlli oldu. Acer Chromebox CX13 hal-hazırda qiyməti NextWarehouse-da 297.99$-dır(çatdırılma ilə 308.99$ təşkil edir). Bu model 3 variantda təqdim ediləcək.

  1. İntel Celereon 3865U prosessor.
  2. İntel İ3 7130U prosessor.
  3. İntel İ5 8250U prosessor.

Cihazda Ram 4 GB ram var amma, siz ramı yüksəldə bilərsiniz. 8-ci nəsil prosessorlu model 744.99$-dır. Cihazda 3 USB 3.0 , 2 USB 2.0 və 1 ədəd USB-C girişi var. Həmçinin LAN, qulaqlıq,mikrofon, və microSD kart girişləri mövcuddur. Həmçinin cihazı dik tutmaq üçün xüsusi dəstəkdə var. Bu cihaz öz kompaktlığı ilə diqqət çəkir və asalnlıqla istənilən yerə daşına bilər.