Google Play Music gedir, yerinə YouTube Remix gəlir!

Google artıq gözdən düşən musiqi yayım tətbiqi Google Play Music-i tarixə göndərir. Şirkət Spotify və Apple Music-ə rəqib olaraq özünün yeni YouTube Remix musiqi yayımlama tətbiqini çıxaracaq.

Son illərdə insanlar artıq telefonlara kənardan musiqi faylları yükləmək yerinə Spotify və Apple Music kimi tətbiqlərdən musiqi dinləməyə üstünlük verirlər. Bu kimi tətbiqlər həm də piratçılıqla mübarizədə effektli üsulardan biridir.

YouTube bu yeni platformasında müxtəif sənətçilərin musiqilərindən ibarət oynatma siyahıları yaratmaq xüsusiyyəti də təqdim edəcək. Bu, Google-un YouTube-dakı YouTube Red YouTube TV-sindən sonra daha bir yeni ödənişli məzmun xidməti olacaq.

Bəzi iddialara görə 2018-ci ilin sonuna qədər Android-lərdəki Play Music yerini YouTube Remix-ə təhvil verəcək

Google Play Music-in veb interfeysi

Google Play Music-ə çox üstünlük verilməsə də, tətbiqin ödənişli versiyasında 40 milyona yaxın musiqi var. Bu hal şirkəti musiqi yayımı məsələsində önə çıxaracaq məqamdır. Bu yaxınlarda səhmərini açıq bazarda satışa çıxaran və dəyəri getdikcə artan Spotify üçün Google-un edəcəyi bu yenilik əhəmiyyətli itki ola bilər.

Apple-ın ödənişli Apple Music tətbiqini iOS-da daha çox inkişaf etdirdiyi və Apple Music-in Android versiyasındakı çatışmazlıqları daha gec həll etdiyi bir zamanda, Google-un onsuz da YouTube-dan musiqi dinləmə alışqanlığı olan milyonlarla insan üçün ödənişli bir tətbiqi Android üçün təqdim etməsi olduqca məntiqli bir addımdır.