Gmail-ə yeni özəllik gəlir

Google-un Go tətbiqləri sırasına Gmail Go da əlavə olundu

   

Google yeni Go tətbiqləri ilə aşağı səviyyəli telefonlarda Google təcrübəsini artırmaq üçün çalışır. "Go" adı ilə bitən proqramlar daha çox RAM və məlumatları istehlak  edirlər və bununlada  telefonlarda daha sürətli işləyirlər.

Go platformasına qoşulan  tətbiqlərdən biridə  bu gün istifadəyə verilən  Gmail Go oldu. Android Oreo 8.1-də işləyən tətbiq Gmail və birdən çox hesabın ən əsas funksiyalarını dəstəkləyir. Gmail hesabıdan əlavə Yahoo Mail, Outlook.com, IMAP / POP e-poçt hesablarını istifadə edə bilərsiniz.

Gmail tətbiqi ilə Go tətbiq arasında heç bir fərq yoxdur . Gmail Go-nu fərqli edən isə  APK ölçüsünün  20.66MB-dan 9.51MB-a düşməsidir. Tətbiqi qurarkən cihazınız 47MB yerinə 25MB həcmində yaddaş istifadə edəcək

Ölçünün azalması funksiyalara o qədər də təsir etmir. Gmail Go ilə həmişəki kimi  e-poçtlarınızı  kateqoriyalara ayıra  bilərsiniz. Bəzi mənbələrdə tətbiqdə bəzi gecikmələrin olduğu deyilir, lakin bu məsələ Android Go cihazları istifadəyə verilənədək  ortadan qaldırılacaq.

Daha əvvəl Play Store-da istifadəyə verilən olunan Go tətbiqlərin arasına  Gboard  Go, Google Go, Maps Go və YouTube Go daxildir. Yeni istifadəyə verilən  Gmail Go yalnız Android Oreo 8.1 -də  işləsədə   Files  Go, Google Go və Maps Go digər versiyalarda  da işləyə bilir