Google-un CEO-su Eric Schmidt iş müsahibələrində soruşulan zəka suallarından birinə cavab verə bilmədi .
Açıq Dəniz sammitində panel iştirakçısı olan Schmidtin nitqinin ardından sual cavab hissəsinə keçildi.Quartz-ın xəbərinə görə zəhlətökən bir iştirakçı Schmidtin Google-un iş müsahibələrində soruşduğu məşhur çətin suallarından birini soruşdu :
"Bir pirat gəmisinin kapitanısınız . Bir sandıq dolusu qızıl tapdınız. Qızılın necə paylaşılacağını ekipaj müəyyənləşdirəcək . Quldurların yarısı təklifini bəyənməzsə öləcəksən. Həm həyatda qalıb həm də qırıldan gözəl bir pay necə götürərsən?"
Sualı dinləyən Schmidt zaman qazanmaq üçün yenidən soruşulmasını istədi. Daha sonra bir müddət düşündü, sonra da sualı pislədi:
"Hesablayaq, yarısı ölsə ... Yox mən ölsəm ... Xeyr, bəyənməzlərsə mən ölürəm. Bu, həqiqətən çox pis bir sualdır ."
Və nəhayət uyğun bir cavab tapa bilməyən Schmidt zarafat edib cavabdan qaçmağı üstün tutdu :
"Aydındır ki, quldurların yarıdan çoxu məmnun qalsa yaşayıram. O zaman təklifim : yüzdə 51-ni pay verib qalanını şirkətdən hissə vermək."