Son vaxtlarda çətin günlərini keçirən və maliyyə sıxıntıları yaşayan elektrikli avtomobil istehsalı ilə məşğul olan Tesla şirkəti yenidən əvvəlki qüdrətini bərpa etməyə başlayıb. İşçi qüvvəsinin 10 faizi ilə yollarını ayıran şirkətin CEO-su və qurucusu Elon Musk bir müddət əvvəl "həftədə 5 min avtomobil istehsal edəcəyik" sözünü vermişdi. Mövzu ilə əlaqədar Twitter-də açıqlama edən Musk bir həftədə 7 min avtomobil istehsal edərək sözlərinə əməl etdiklərini elan edib.
İyun ayının ilk üç həftəsində sadəcə 6 min avtomobil istehsal edə bilən Tesla şirkəti yeni atdığı addımla son həftədə bu rəqəmi 7 minə yüksəltməyi bacarıb. Rəqəmlərdən də göründüyü kimi Elon Musk "2018-ci ilin ikinci yarısına qədər həftədə 5 min avtomobil istehsal edəcəyik" deyərək verdiyi sözünə əməl etməyi bacarıb.
7000 cars, 7 days
— Elon Musk (@elonmusk) 1 Temmuz 2018
♥️ Tesla Team ♥️
Tesla həftədə 7 min avtomobil istehsal etdi!
Tesla bu son həftədə 5 min ədəd Model 3, 2 min ədəd isə Model S və Model X istehsal edib. Bu da Musk-ın paylaşımında qeyd etdiyi 7 min avtomobil deməkdir. Yayılan başqa xəbərlərə görə isə Elon Musk burada dayanmayacaq və şirkətin yeni mövsümdəki ilk hədəfi Tesla Model 3-ün 5 min ədəd olan istehsal həcmini 6 minə qədər artırmaq olacaq.
Görünən odur ki, son dövrlərdə çətin günlər keçirən və istehsal hədəflərinə heç cür çata bilməyən Tesla şirkətində işlər artıq öz axarına düşür. Bu müəyyən olunmuş müddətin nə qədər davam edəcəyi hələ ki, məlum olmasa da Tesla-nın bu performansının qarşıdakı aylarda da davam edəcəyini düşünürük.