Elektrikli avtomobillərin enerji yığımı və gedə bildiyi məsafə problemini aradan qaldırmaq üçün İsveçli eRoadArlanda şirkəti 2 km-lik bir yolu avtomobilləri enerji ilə təmin edəcək şəkildə hazırladı. Bir tramvay yolu üçün çəkiləcək xərclərin 1/50-i qədər xərc çəkilən texnologiya sayəsində İsveç 2030-cu ildə mineral yanacaqların (hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqları) istifadəsini tamamilə aradan qaldırmaq istəyir.
Beləliklə, elektrikli avtomobillərin batareyalarını bu yolda hərəkətdə olarkən enerji ilə dolduran yol dünyada ilk dəfə İsveçin paytaxtı Stokholmdakı magistrala 2 km uzunluğunda elektrikli dəmir xətti döşənməklə çəkildi. İsveç hökumətinin əlaqədar qurumları indidən bu layihənin genişlənmə planını hazırlayıblar.
İsveç hökumətinin planına əsasən, 2030-cu ildə ölkə mineral yanacaqdan "təmizlənəcək" və eləcə də bu plana əsasən, ümumi nəqliyyat sektorundakı mineral yanacaq istifadəsi 70% azalacaq.
YOL ENERJI SƏRFIYYATINI DA HESABLAYA BILIR
Qeyd edək ki, ötən günlərdə İsveç hökuməti dizel ilə işləyən maşınların yerli idarəetmə orqanları tərəfindən qadağan edilə bilməsini təmin edən qanun layihəsini qəbul etmişdi. İsveçdəki 1.3 milyon dizel ilə işləyən avtomobilə təsir edən qanuni tənzimlənmə ilə bərabər, sadəcə elektrikli avtomobil istifadəsi belə, məcburi hal ala biləcək. Bu hal ölkədəki batareya istehsalını iqtisadi cəhətdən daha əlverişli etməklə yanaşı, karbon dioksid emissiyasını 90% azaldacaq.
Qeyd edək ki, yoldan avtomobilə enerji transferi yola basdırılan iki dəmir xətti və avtomobilin altındakı hərəkət edə bilən bolt vasitəsilə təmin olunur və yalnız maşın bu dəmir xəttinin üzəri ilə hərəkətdə olarkən enerji təmin edilir.
Bundan başqa, yoldakı bu sistem avtomobillərin enerji sərfiyyatını hesablayıraq avtomobil sahibinin ödəməli olduğu elektrik borcunu xüsusi bir sistemlə sürücüyə bildirir.
ALMANİYA İLƏ DANIŞIQLARA BAŞLANILIB
eRoadArlanda şirkətinin rəsmiləri yol üzərində insanlara təhlükə törədəcək enerjinin olmadığını və elektrik axımının yolun 5-6 santimetrlik alt təbəqəsindən keçdiyini açıqlayaraq, hətta yola duzlu su töküldüyü təqdirdə enerjinin 1 Volt olduğunu da əlavə etdi.
Yolun açılışnda İsveçın infrastruktur naziri Tomas Eneroth və İsveç Nəqliyyat Adminstrasiyasının rəhbəri Lena Erixon da iştirak etmiş və bu yolun Almaniyanın paytaxtı Berlində də qurulması üçün Almaniya hökuməti ilə danışıqlara başlanıldığını da qeyd etmişdi.