İnternet nəhəngi Google populyar internet brauzeri Chrome-un uzun müddət beta vəziyyətində olan 67-ci versiyasını istifadəyə verdi. Yeni versiyada diqqətəlayiq yeniliklər mövcuddur.
Windows, Mac və Linux üçün istifadəyə verilən Chrome 67 artıq mobil və stolüstü cihazların sensorlarından yararlanabilir. Generic Sensor API sayəsində eynilə tətbiqlərdə olduğu kimi internet saytların da hiroskop və akselerometr sensorlarından məlumat əldə etməsinə şərait yaradacaq bu yenilik xüsusilə developerlər üçün yararlı olacaq.
Beta versiyada görülən WebXR API dəstəyi WebVR-ın üzərinə gəldi. Nəticədə, telefon və stolüstü cihazlardakı Chrome-da artırılmış reallıq məzmunlarının istifadəsi və görünməsi reallaşacaq. Mövcud olan virtual reallıq quruluşuna əlavə edilən artırılmış reallıq dəstəyi brauzerin imkanlarını genişləndirəcək.
Tez-tez emoji istifadə edənləri sevindirəcək xəbər isə yeni emoji qısayolunun brauzerə əlavə edilməsidir. Emoji əlavə etmək üçün klaviatura düymələrini əzbərləməyə ehtiyac qalmayacaq. Siçanın sağ düyməsilə açılan emoji menyusundan asanlıqla istənilən emoji seçimi etmək mümkündür. Lakin bu qısayol hələlik bəzi istifadəçilərdə işləməyə bilər.
Bundan başqa, saxlanmış şifrələri brauzerdən kənara çıxarmaq mümkün olacaq. İnternet saytlarında yaddaşda saxlanmış şifrələri CSV faylı olaraq əldə etmək artıq mümkün olacaq.
67-ci versiyanın Android və Chrome OS versiyaları yaxın zamanda çıxacaq. Chrome-un son versiyasını buradan yükləyə bilərsiniz.