Chrome-a ​​sürpriz bir xüsusiyyət gəlir: Blutuz dəstəyi!

Google-ın brauzeri Chrome-a ​​tez bir zamanda Blutuz cihazlarının dəstəkləniləcəyi bir yeniləmə gələcək. Chrome istifadəçiləri Google-ın yayımlayacağı yeniləmə ilə Chrome içərisində hər hansı bir tətbiqə ehtiyac qalmadan Blutuz dəstəkli cihazları idarə edə biləcəklər. Hələlik hazırlıq mərhələsində olan bu xüsusiyyətin əsas bacarıqları arasında Blutuz cihazların Chrome ilə offline rejimdə əlaqə qurulmasına icazə verilməsi yer alır. Bununla da cihazınızı idarə edə bilmək üçün mütləq bir web səhifəsi açmaq məcburiyyətində qalmırsınız. Blutuz dəstəyinin təmin edəcəyi bir digər üstünlük isə təchizat istehsalçılarının bir tək Android və ya iOS tətbiqi yerinə birdən çox cihazda işləyə bilən veb tətbiqləri yarada bilmələrini təmin etməsidir. Buradan Windows Phone və ya Blackberry kimi cihazların da Blutuz dəstəyi alacağı nəticəsini çıxara bilərik. Chrome-un Blutuz dəstəkli versiyası hal-hazırda yalnızca ChromeOS və Android 6.0 Marshmallow-da çalışır. Digər əməliyyat sistemlərinə isə (Windows, Linux və s) daha sonra gələcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .