DÇ-nın qalibini süni zəka açıqladı

4 simulyasiyada da eyni ölkə finala çıxır

Rusiyada keçirilən Futbol üzrə 2018 Dünya Çempionatını qazanacaq ölkə süni zəka tərəfindən açıqlandı. Ehtimalları ən incə detallara qədər hesablayan cihazın Dünya Kuboku proqnozları belədir...

2010-cu il Dünya Kubokunda Kahin Paul adlı osminoq dünya kuboku nəticələrini qarşısına qoyulan ölkə bayraqları arasından seçim edərək nəticələri düzgün bilmişdi. Onun yoxluğunda isə yerini süni zəka doldurur.

Technische Universitat Dortmund, Ghent UniversityTechnical University of Munich-in ortaqlığı ilə əmələ gələn proqramda süni zəka Dünya Kubokunun qalibini müəyyən edib.

100 min simulyasiyanı incələyən süni zəka 8 qrupda 32 komandanın dünyanın ən böyüyü olmaq üçün etdiyi mübarizədən çempionluq ilə ayrılması mümkün olan 2 komandanı müəyyən edib. Açıqlamalara görə, kuboka əl uzatmağa ən real namizəd olan iki ölkə Almaniya və İspaniyadır.

UNANİMOUS A.I.-NİN ANALİZİ

Unanimous A.I. adlı süni zəka Rusiyanın ev sahibliyi etdiyi çempionatın qalibini müəyyənləşdirmək karvanına qatılıb. Super Bowl turnirinin nəticələrini düzgün tapan süni zəkanın proqnozlarına əsasən, kuboku qazanmağa ən yaxın ölkə 20.39% ilə Almaniya, sonra 18.95% ilə Braziliyadır. Fransa millisinin də finala çıxmaq şansının Braziliya ilə eyni olduğunu analiz edən süni zəka İspaniyanı qalib olmaq şansını 14.61% dəyərləndirib.

GOLDMAN SACHS-IN ANALİZİ

Goldman Sachs süni zəkadan istifadə edərək Dünya Kubokunun  qalibini müəyyən edib.

FİNALIN ADI: ALMANİYA - BRAZİLİYA

Sözü gedən hesabata əsasən, rəqiblərini məğlub edərək finala çıxmağa haqq qazanan iki ölkə Braziliya və Almaniya olacaq.

Almaniya ¼ finalda İngiltərəni, yarımfinalda isə Portuqaliyanı turnirən kənarlaşdıracaq.

Braziliya isə ¼ finalda Belçikanı, yarımfinalda isə Fransanı məğlub edərək finala yüksələcək.

Çempion BRAZİLİYA OLACAQ

Hesabatda finalı istədiyi hesab ilə bitirib çempion olacaq ölkə Braziliyadır.

Hətta final oyununun hesabını da təxmin edən süni zəka oyunun 2-1 hesabı ilə bitəcəyini də açıqlayıb. Maraqlananlar üçün şirkətin etdiyi analzin görüntüsü aşağıdadır.