CHUWI-in yeni HiGame modeli texniki xüsusiyyətləri ilə göz oxşayır.

CHUWI kompyuterlərini bir çox insan tanımır. Məhşur markalara rəqib olaraq görülməyən bu komyuter markası əsasən Çində tanınan və ya Aliexpress, Gearbest kimi saytlardan alış-veriş edən insanlar tanıya bilər. CHUWI-in təqdim etidyi HiGame markalı mini kompyuteri öz texniki xüsusiyyətləri və münasib qiyməti ilə digər markalardan tamamilə fərqlənir. Xırda olmasına baxmayaraq güclü prosessor və ekran kartı ilə istənilən oyunu rahatlıqla açır və ən ağır qrafikalı proqramlar rahatlıqla bu komputerdə işləyir. 3D MaxRender kimi proqramları ürəyinizcə istifadə edə bilərsiniz. VR/MR(Mixed reality) kimi xüsusi özəllikləridə özündə birləşdirir.

 

Cihazın texniki xüsusiyyətləri aşağıdakı kimidir:

Model: CHUWI HiGame.

Ümumi ölçü: 173*158*73mm.

Prosessor+ Ekran kartı: 8-ci nəsil İ7-8709G prosessor və Radeon Rx Vega M GH ekran kartı( prosessorun daxilində yerləşir ekran kartı).

 

Ram: 8 GB DDR4, 2x2400/2133 mHz ( 32 GB-ə yüksəldilə bilər).

Yaddaş: 256 GB SSD (M.2 22×42/80 (key M) PCIe x4/SATA SSD slot 1 * 2.5″ SATA3 6.0Gbps HDD/SSD bay).

Qoşulma xüsusiyyətləri: Cihazda 1 ədəd Thunderbolt 3, 5 ədəd USB 3.0, Gigabit Ethernet girişi, 2 ədəd HDMI, 1 ədəd DC Portu, 2 ədad Display Portu var.

Əməliyyat Sistemi: Windows 10 Home 64 bit.