Audi-nin yüksək performanslı idman avtomobilləri TT və RS3 Sportback modelində istifadə etdiyi 2.5 litr TFSİ motoru öz seqmentində İlin Motoru Mükafatına layiq görüldü.
Dünya miqyasında 65 avtomobil redaktorunun səslərilə müəyyənləşən İlin Motoru (Engine of The Year) 2017 Mükafatlarında yenə də ənənə pozulmadı. Audi-nin 2.5 litr TFSİ motoru bu il də öz kateqoriyasında İlin Motoru seçilərək ard-ara 9-cu dəfə bu mükafata layiq görüldü.
Audi-nin yüksək performanslı idman avtomobillərinin yer aldığı Audi Sport Ailəsinin önə çıxan motorlarından biri olan 2.5 litr TFSİ motorunun xarakterik səsi Audi idman maşınları komandasının 80-ci illərdə WRC Grup B sinifində fırtına qoparan avtomobillərin səsini yada salır. Audi 1999-cu ildən bu yana verilən İlin Motoru Mükafatlarında 14-cü dəfə namizəd olub.
Bazarın ən güclüsü
Yaratdığı 400 HP güc və 400 Nm tork ilə qlobal avtomobil bazarında ən güclü 5 slindirli motor olan 2.5 TFSİ hal-hazırda TT RS Coupe, TT RS Roadster, RS3 Sedan və RS3 Sportback modellərində istifadə edilir. Bu motor TT RS və TT RS Roadster modellərini 0-dan 100 kilometrə 3.7 və 3.9 saniyədə çatdırır. Kompakt seqmentin ən güclü modeli olan RS3 Sportback isə bu motor ilə eyni məsafəyə sadəcə 4.1 saniyəyə çatır.