WhatsApp-ın yeni yayımladığı “Mediya görünməsi” xüsusiyyəti tətbiqdə paylaşılan şəkil və videoların cihazınızın qalereyasından gizlənə bilməsinə şərait yaradacaq.
Dünyanın ən populyar ismarıclaşma tətbiqi olan WhatsApp özünün Android Beta versiyası tətbiqini Google Play Beta Proqramı vasitəsilə yeniləyərək 2.18.159 versiyasına yüksəltdi. Bu yeniləmədəki xüsusiyyətlər isə bu şəkildədir.
Mediya görünməsi
Gün ərzində WhatsApp vasitəsilə onlarla mediya göndərir və qəbul edirik. Bütün bu mediya faylları da cihazımızın qalereyasında görünür. Mediya görünməsi xüsusiyyəti sayəsində istəyən şəxslər WhatsApp mediyalarını telefonun qalereyasında görünməsinin qarşısını ala biləcəklər. Bu isə bir sıra istifadəçilərin ürəyincə olacaq.
Mediya görünməsi hələlik sadəcə WhatsApp Beta istifadəçilərinə təqdim edilib. Yaxın zamanlarda ümumi istifadəyə veriləcək xüsusiyyəti aktivləşdirmək üçün Parametrlərdən “Məlumat və saxlanılma istifadəsi”nə girərək xüsusiyyəti aktiv və ya passiv vəziyyətə gətirmək mümkün olacaq. İlk əvvəl isə cihazınızdakı Play Store-a girərək WhatsApp tətbiqinin 2.18.159 versiyasına yeniləndiyidən əmin olun.
Yeni qısayol
Daha bir yenilik isə artıq iOS-dakı versiyada mövcud olan və Android üçün gələcək “Yeni şəxs” qısayolunun “Yeni qrup” qısayolunun aşağısına əlavə edilməsidir. Hal-hazırda isə bir çox cihazlarda “Yeni şəxs” (Cihazda yeni nömrə qeydiyyatdan keçirmək üçün qısayol) qısayolunu “Söhbət” ikonuna toxunduqdan sonra yuxarıdakı paneldən seçmək mümkündür.