Bu yeni filtr həm paylaşımlarda, həm də canlı yayımlarda işləyir və təhqir və ya narahat edici hesab etdiyi şərhləri avtomatik əngəlləyir. Bu özəlliklə yanaşı yeni bir spam filtri də tanıdıldı.

Yeni şərh filtri ilk vaxtlar yalnız ingilis dilində işləsə də, spam filtri ispan, portuqal, ərəb, fransız, alman, rus, yapon və çin dili olmaqla 9 fərqli dildə insanlara xidmət edəcək. İnstagram bu yeni özəlliklərin zamanla daha da inkişaf etdiriləcəyini deyərək ilk zamanlarda filtrlərin çox da effektiv olmayacağını bildirib. Əgər şərhlərin avtomatik bloklanması mövzusunda "komputer beyninə" güvənmirsinizsə tənzimləmələr bölməsindən bu özəllikləri söndürə bilərsiniz.