Canlı yayımınız başa çatdıqda ekranın alt hissəsində "Paylaş"-a toxunaraq canlı yayım təkrarınızı 24 saatlıq "İnstagram Hekayələr"-ə əlavə edə bilərsiniz.

İnstagram-da izlədiyiniz bir şəxs canlı yayım təkrarı paylaşdıqda hekayələr bölməsində həmin şəxsin profil şəklinin altıda bir izlə düyməsini görəcəksiniz. Videonu izləmək və həmin canlı yayım ərzində yazılan rəyləri görmək üçün bu düyməyə toxunmağınız kifayətdir.
App Store və Google Play Store-dan İnstagram-ın 10.26 versiyasını yükləyərək bu yeni özəlliyi istifadə edə bilərsiniz.