Apple yeni İpad modellərini təqdim etdi.

Apple-ın yeni model İpad-lərində dizayn cəhətdən heç bir dəyişiklik olmayıb. Bu isə satışlara birbaşa təsir edəcəyini deməyimizə imkan verir. Çünki təqdim etdiyi İphone 8 və 8 Plus modellərində bu problemi gördük və şirkət, satışlarda tam uğur qazana bilmədi.

Təzəliklə Apple, yeni model İpad-lərini tanıtdı. 2018 model olan bu İpad-lər, 6-cı nəsil İpad-lərdir. Qiyməti 329$-dan başlayan yeni modellər, həmçinin Apple Pencil dəstəyinədə malikdir. Amma bu cihazları aldığınız zaman Apple Pencil bizlərə pulsuz şəkildə verilmir. Pencil-i özünüz şəxsi hesabınıza əldə edə bilərsiniz. Yeni modellərin nömrə dəstəkləyən (Cellular) növüdə satışda var.

Əsas texniki xüsusiyyətləri aşağıdakı kimidir.

Yaddaş 32 GB və 128 GB olmaqla 2 seçim var

Stereo səs sistemi, 3.5 mm Aux girişi

Touch ID funksiyası

9.7 dyüm İPS ekran, 264 ppi (2048x1536), Barmaq izinə dayanıqlı örtük hissə

A10 Fusion 64-bit prosessor embedded M10 koprosessor (köməkçi prosessor)

8 MP kamera f/2.4, ön kamera 1.2 MP f/2.2

Bluetooth 4.2, WIFI 802.11a/b/g/n/ac dual band (2.4GHz və 5GHz)

3 rəng seçimi mövcuddur: Qızılı, Gümüş və Tünd Boz.