İstehlakçıların yüksək qiymət səbəbi ilə almağa çəkindikləri iPhone X-dən dərsini alan Apple yeni iPhone-ları daha aşağı qiymətlə satışa çıxarmaq üçün Samsung-dan OLED ekran qiymətlərini aşağı salmağını tələb edir.
Apple-ın ağıllı telefon məsələsində ən böyük rəqibi olan Samsung eyni zamanda da şirkətin ən üst səviyyəli ağıllı telefonu olan iPhone X-in də yeganə OLED ekran tədarükçüsüdür. Samsung-un Apple-ın tələb etdiyi ekran miqdarını və keyfiyyətini təmin edə bilən yeganə şirkət olmağı Cənubi Koreyalı texnologiya nəhənginin qiymətqoyma məsələsində əlinə çox mühüm kart verir ki, Samsung da elə bu kartını oynayıb 2018-ci ildə iPhone X satışlarından 22 milyard dollar mənfəət əldə edəcək.
iPhone X-in təqdimatından əvvəl olan gözləntilər Apple-ın OLED ekranlı flaqmanının bazara çıxarılmasından sonra Çindəki ağıllı telefon istehsalçılarının da OLED ekranlı smartfonlar istehsal edəcəyi ilə bağlı idi. Ancaq Çinli istehsalçılar təəccüblü şəkildə iPhone X-in kəsik sahəsi fikrini alıb, OLED ekranı “baha” olduğu üçün lazımsız bildilər. iPhone X-ə qısa müddətli maraqdan sonra cihazın satışlarının da aşağı düşməsi ilə birlikdə Samsung-un da qiymətqoyma məsələsində əli zəiflədi.
Meydana çıxan məlumatlara görə, Apple Samsung-un istehsalı olan hər bir OLED ekran üçün 110-130 dollar arası pul ödəyirdi. Bu isə iPhone X-in maya dəyərinin demək olar ki, 1/3-ni təşkil edir. iPhone X təcrübəsi ilə yüksək qiymətlərin cihazların satışını aşağı saldığını anladıqdan sonra Apple 2018-ci ildəki iPhone-ların da ekranını istehsal edəcək Samsung ilə ekran qiymətlərinin aşağı salınması üçün müzakirələrə başladı. Apple-ın əsas məqsədi 2018-ci il iPhone modelləri üçün nəzərdə tutulan OLED ekranların qiymətini 100 dollara qədər endirməkdir.
OLED ekranlar trendə çevrilmədi və qiymət yüksəkliyinə görə iPhone X satışları azaldı. Bu hal isə Samsung-un Apple qarşısındakı danışıq gücünü azaldır. Ancaq yenə də Samsung Apple-ın tələblərinə cavab verə biləcək yeganə istehsalçı olduğuna görə danışıqlardan sonra ciddi bir endirimin olması da böyük sürpriz ola bilər. Yenə də şərtlər hər necə olursa olsun, yeni iPhone-ların daha münasib bir qiymətə təqdim ediləcəyini deyə bilərik.