Ancaq böyük işlər görmək üçün məhz Apple kimi böyük şirkətdə çalışmaq şərt deyil. Aşağıda uzun zaman Apple-da çalışmış, ancaq firmadan ayrılaraq sərbəst halda böyük layihələrə imza atmış 5 şəxs haqqında danışacağıq .
1. Android - Andy Rubin: Rubin 2005-ci ildə Google-a qatılmazdan əvvəl Apple-da istehsalat mühəndisi olaraq çalışırdı. Bir müddət Androidin liderliyini edən Rubin hazırda Essential Phone ilə öz işinin başındadır.

2. Nest - Tony Fadell: iPod layihəsi üzərində ciddi işləri olan Tony Fadell-ın Apple-ın iconic musiqi cihazı üzərində böyük əməyi vardır . Fadell Apple-dan 2008-ci ildə ayrılmış və iki il sonra Nest-i qurmuşdur. Fadell firmanı 2014-cü ilin yanvarında 3.2 milyard dollara Google-a satıb .

3. EA - Trip Hawkins: Hawkins 1982-ci ildə Apple-dakı strategiya və marketinq direktorluğu vəzifəsini buraxaraq Electronic Arts-ı qurdu. EA bu gün dünyanın ən böyük oyun qurucularından biridir .

4. Flipboard - Evan Doll: 2003 - 2009 arasında Apple-da proqram mühəndisi kimi çalışan Doll Apple-dan ayrılaraq sosial şəbəkələri birləşdirən Flipboard-un qurucularından biri oldu.

5.LinkedIn - Reid Hoffman: 1994 və 1996-cı illər arasında Apple-ın online xidmət sistemində çalışan Hoffman 2002-ci ildə Linkedini qurdu. Platformanın hazırda 400 milyondan çox aktiv istifadəçisi var.
