App Store-un yeni dizaynı tətbiq yükləmə sayını coşdurdu

Apple-ın iOS 11 ilə birlikdə istifadəyə verdiyi yeni App Store dizaynı tətbiq yükləmə sayını kəllə-çarxa qaldırdı.

Müəyyən zamanlarda məhsul və xidmətlərində dizayn dəyişikliyi edən Apple ötən günlərdə təqdim etdiyi iOS 11-də App Store dizaynını dəyişdirmişdi. Yenilənmədən sonra App Store-un tətbiq yükləmə sayı “partlayış etdi”. Sensor Tower adlı araşdırma şirkətinin məlumatlarına əsasən, Apple-ın bu dizayn investisiyası ona daha çox tətbiq yüklənməsi ilə geri dönüş etdi. Günün TətbiqiGünün Oyunu kimi xüsusi formada təbliğatlar daha çox tətbiq yüklənməsini təmin edib.

2017-ci ilin iyul ayından bu günə qədər olan aralığı əhatə edən araşdırma əvvəlki dövrlərə görə tətbiq yükləmə sayının 802% artığını meydana çıxarıb. Proqramdakı HekayələrTətbiq Siyahıları bölmələrində göstərilən tətbiqlər isə 222%-240% daha çox yüklənilir.

Hesabatda diqqəti cəlb edən bir fakt isə çox yüklənən tətbiqlərin daha çox böyük şirkətlərin yaratdığı tətbiqlər olmasıdır. Ancaq vəziyyətin gələcək günlərdə dəyişməsi və müstəqil developerlər tərəfindən hazırlanan tətbiqlərin də bu siyahıda yer almaq şansının olacağı gözlənilir.