Bu xəbərdə sizlərə dil öyrənmək üçün işinizə yarayacaq 10 ən yaxşı tətbiqi təqdim edirik:
1. Duolingo - Xarici dil öyrənmə tətbiqləri sırasında ilk sırada Dualingo-nun gəldiyini deyə bilərik. Duolingo tətbiqi vasitəsi ilə xarici dili əylənərək öyrənə bilirsiniz. Belə ki, bu tətbiq yeni sözlər və qrammatika informasiyalarını göstərən kiçik oyunlar ilə yeni dil öyrədən bir oyun konsepti təqdim edir. Tədqiqatlar 34 saatlıq bu oyunu oynamağın universitetdə bir semestrə bərabər olduğunu göstərir. 25 milyon aktiv istifadəçisi olan Duolingo tətbiqini Google Play və App Store-dan ödənişsiz əldə edə bilərsiniz.
2. Memrise - Digər məşhur dil öyrənmə tətbiqlərindən biri də Memrise-dır. Tətbiqin həm ödənişsiz, həm də professional versiyaları mövcuddur. Ödənişsiz versiyası ümumi dərsləri təqdim edir və bu sizə tətbiqi test etmək şansı verir. Tətbiqin Pro versiyası isə digər bütün dərsləri də açır. Memrise müxtəlif dərs növlərinə sahibdir amma istifadəçiləri dili oyunlarla öyrətməsi onu ön plana çıxaran xüsusiyyətidir. Yararlı olduğu qədər əyləncəli olan Memrise tətbiqini Google Play və App Store-dan yükləyə bilərsiniz.
3. Mondly - Mondly istifadəçilərinə 33 fərqli dili öyrənməyi təklif edən bir tətbiqdir. Tətbiqin istifadəçi sayı təxminən 20 milyondur. Mondly tətbiqini Android və iOS cihazlarına yükləyib istifadə edə bilərsiniz.
4. Babbel - Babbel də məhşur dil öyrənmə tətbiqlərindən biridir. Bu tətbiq 14 fərqli dili 10-15 dəqiqəlik dərslərlə öyrədərək fərqli bir strategiya təqdim edir. Babbel yeni başlayanlara və daha üst səviyyədə olanlara fərqli dərs paketləri təqdim edir. Tətbiq sizə müxtəlif kəlimələr, cümlələr öyrədir və onları hecalayıb yüksək səslə danışmanızı yaxud cümlələrə yerləşdirmənizi tələb edir. Babbel tətbiqini Android və iOS cihazlarınıza yükləyə bilərsiniz.
5. Quizlet - Quizlet yeni bir dil öyrənənlər üçün dəyərli bir vasitə ola bilər. Tək başına bir şey öyrətməsi ilə yanaşı, tətbiqi yeni məlumatları əzbərləməyinizə kömək üçün də istifadə edə bilərsiniz. Tətbiq sizlərə təqdim etdiyi görüntülü və səsli xidmətləri ilə ətrafınızdakılarla birlikdə işləmə imkanı verir. Flashcards ilə bacarıqlarınızı test etmək üçün imtahanlar və oyunlar yarada bilərsiniz. İstəsəniz bu bölməyə şəkil və ya video əlavə edə bilərsiniz. Bu digər dil öyrənmə tətbiqləri arasında fərqli seçim ola bilər. Tətbiqi Google Play və App Store-dan əldə edə bilərsiniz.
6. Busuu - Busuu sınaqlar və kəlimə oyunları ilə biliklərinizi test etmək və öyrənmək üçün olduqca əyləncəli tətbiqdir. Busuu tətbiqi ilə öyrənəcəyiniz dili ana dili kimi danışanlarla söhbət edə bilər, mətndəki səhvlərini düzəldə bilərsiniz. Tətbiqi internet offline da istifadə edə bilərsiniz. Bütün xidmətlərdən istifadə üçün isı abunə olmalısınız. Tətbiqi Google Play və App Store-dan ödənişsiz olaraq yükləyə bilərsiniz.
7. Google translate - Bütün dünyada kifayət qədər məşhur olan Google Translate tətbiqi yeni bir öyrənmək üçün mükəmməl bir vasitə ola bilər. Adından da göründüyü kimi müxtəlif dilləri başqa dillərə tərcümə edir. Əlavə olaraq kameranı istədiyiniz yazıya yönləndirərək tətbiqin "tərcümə edən kamera" xüsusiyyətindən də yararlana bilərsiniz. Hətta tətbiqlə danışa bilər və sözləri səsli daxil edərək tərcümə edə bilərsiniz. Tətbiqi Android və iOS cihazlar üçün tam ödənişsiz yükləyib istifadə edə bilərsiniz.
8. Lingualeo - Tətbiq açıqlamalı və rəsmli üsullarla söz öyrənməyi təklif edir. İntermet əlaqəsi olmadan da istifadə oluna bilən Lingualeo tətbiqi, ingiliscə məqalələrdən, qrammatika kurslarına qədər bir çox xidmətləri özündə birləşdirir. 16 milyondan çox istifadəçisi olan tətbiqi Android və iOS cihazlarınıza yükləyə bilərsiniz.
9. Linguee -Linguee yeni bir dil öyrənmək üçün tipik tətbiq deyil. Əslində sadəcə bir sözlük tətbiqidir, lakin dillər arasında kəsintisiz keçid edə bilmə xüsusiyyəti onu digər oxşar tətbiqlərdən fərqləndirir. Linguee bir neçə dili dəstəkləyir, internet əlqaəsi olmadan da istifadə edə bilərsiniz.
10. Voscreen - Voscreen rəqiblərindən fərqli olaraq qısa video hissələri təqdim edərək əyləncəli öyrənmə üsulu təqdim edir. Videolar adətən film, musiqi, cizgi film və sənədli filmlərdən ibarət olur. Voscreen tətbiqini Google Play və App Store-dan yükləyə bilərsiniz.