Yuxarı seqment smartfonların qatili kimi tanınan OnePlus 5 modelinin 6GB və 8GB RAM-lı iki fərqli versiyası sürət testində qarşı-qarşıya gəlib. Bu sürət testinin köməyi ilə Android-də RAM-ın performansa nə qədər təsir etdiyi açıq-aydın görünür.
Testin ilk mərhələlərində rəqiblər başa-baş mübarizə aparsalar da, sona doğru cihazlar arasında kəskin fərqlər yaranıb. Bu fərqlərə səbəb olan aillərdən başlıcası isə Android-in RAM sərfiyyatıdır. Aşağıda sözügedən test videosunu izləyə bilərsiniz.