Alibaba iki böyük yeniliyini istifadəçilərə bildirib. Bunlar G Plus adlı sürücüsüz kuryerlər və gələn sifarişlərin saxlanacağı təslimat qutusudur.
Dünyanın ən böyük elektron ticarət saytlarından olan Alibaba təslimat işini müştərilər üçün çox asan edəcək yeniliklərini elan edib. Bunlardan biri satın alınan məhsulu qapıya qədər gətirəcək sürücüsüz robotdur.
G Plus adlı sürücüsüz robot LIDAR texnologiyası sayəsində obyektlərin və səthlərin uzaqlığını rahatlıqla müəyyən edə bilir. Təhlükəsizlik üçün saatda maksimum 14 km sürətlə hərəkət edən maşın yoldakı maşınların və piyadaların olduğunu müəyyən etdikdə sürətini avtomatik olaraq aşağı salır. G Plus-ın arxasında daşıdığı təslimat qutusu göndərilən məhsulların həcminə görə dəyişdirilə bilir. İstəyən müştəri məhsulun PIN kodunu soruşaraq sifarişini əldə edə biləcək.
İkinci böyük yenilik isə xüsusilə yemək sifarişləri üçün qapının yanında yerləşdiriləcək saxlama qutuları olacaq. Gələn kuryerlər sifarişi üztanıma xüsusiyyətilə işləyən Cainiao qutularına buraxacaqlar.
Təzə yeməklər qutuya qoyulduqdan sonra müştəriyə telefonla xəbər veriləcək. Əgər sifarişi dərhal götürmək mümkün olmasa, telefondakı tətbiq vasitəsilə qutunun istilik və soyuqluğunu düzəldə bilmək mümkün olacaq. Beləliklə də yemək və ya dondurma kimi məhsullar istənilən tempraturda saxalanıla biləcək.
Qutuların nə zaman istifadəyə veriləcəyi bilinməsə də, G Plus-ın istehsalına 2018-ci ilin sonundan başlanılacaq.