Texnologiya sürətlə irəlilədiyi dövrdə, artıq daha çox qabaqcıl texnoloji tətbiqlərin yolda olduğunu bildirmək istərdik. 2018-ci ildə təqdim edilməsi gözlənilən bir çox texnoloji yeniliklər sayəsində günlük həyatımızda möhtəşəm dəyişikliklərin və rahatlıqların ola biləcəyi bəllidir.
2018-ci ildə gələcək texnoloji yeniliklər
Süni intellekt
Son dövrlərdə çox vaxt eşitdiyimiz süni intellekt anlayışı əslində qədim dövrlərə aid bir konsepsiyadır. "Google Alphago" adını alan süni zəka kompyuteri dünyanın ən yaxşı ”go play” oyunçusunu məğlub etməsi ilə adını tanıtmağı bacarmışdır. Təxminən 10 il əvvəl meydana gələn bu hadisədə görünür ki, süni zəka anlayışı önümüzdəki illərdə olduqca məşhur olacaqdır.
Sürücüsüz nəqliyyat
2018-ci ildə həyata keçirilməsi planlanlaşdırılan möhtəşəm texnoloji yeniliklərdəndir. Adından da göründüyü kimi içərisində sürücü olmayan bu nəqliyyat vasitələri sürücülük vasiqəsi alma məcburiyyətini ortadan qaldıra və yol qəzaları riskini azalda bilər. Günün istənilən vaxtı xidmət göstərən bu nəqliyyat vasitələrinə zəng etdiyinizdə bir neçə dəqiqə içərisində sizi istədiyiniz yerə apara bilər. Getmək istədiyiniz məsafənin ödənişini də təbii olaraq bu nəqliyyat vasitələrinə ödəyə biləcəksiniz.
Smart Phone’lar artıq sağlamlıq müayinəsi edə biləcək
Artıq istifadə etdiyniz ağıllı telefonlar sizin sağlamlıq müayinəsindən keçməyinizi və bu sahədə lazım olmadıqca xəstəxanaya müraciət etməmənizi təmin edəcəkdir. Dərman firmaları ilə ortaq bir iş həyata keçirən ağıllı telefon istehsal edən firmalar, Tricorder adı verilən bir sağlamlıq proqramı sayəsində ağıllı telefon vasitəsi ilə qan və müxtəlif sağlamlıq testlərinin həyata keçirilməsinə yönəlmiş işlərə indidən başladı deyə bilərik.
Moodies tətbiqi ilə yalan deməyə son
Moodies proqramı vasitəsi ilə artıq yalan söyləmə tarixə düşə bilər. Üz ifadələri və mimikalarda yalan deyilib deyilmədiyini rahatca təyin edən bu möhtəşəm texnoloji cihaz vasitəsi ilə ən profesional yalançının belə çətinlik çəkə biləcəyini deyə bilərik. Həm də bu cihazın xüsusilədə rəsmi qurumlarda istifadəsi gözlənilir.