2017-ci ilin son günləri 1 milyon dollar məbləğində oğurluqla yadda qaldı.

"EXMO Finance" şirkətinin kriptovalyuta üzrə mütəxəssisi Pavel Lerner oğurlanıb. Cinayətkarlar 1 milyon dəyərində bitcoin almağı bacarıblar.

Dekabrın 26-sı Ukraynanın Kiyev şəhərində maskalı şəxslər tərəfindən qaçırılan kriptovalyuta üzrə ekspert Pavel Lerner 1 milyon dollarlıq bitcoin müqabilində geri qaytarıldı. Lernerin vəziyyətinin yaxşı olduğu deyilir.

“EXMO Finance” şirkətində işləyən Lerner kriptovalyuta texnologiyasında mütəxəssis olaraq tanınır. “EXMO” ortalama 90,000 istifadəçisi olan, kriptovalyuta ticarəti həyata keçirən şirkətdir. Şirkət tərəfindən verilən açıqlamada Ukraynada qaçırılan Pavel Lernerin 1 milyon dollar dəyərində bitcoin qarşılığında sərbəst buraxıldığı qeyd edilib.Lernerin heç bir fiziki xəsarət almamasına baxmayaraq stress keçirdiyi bildirilib.Hadisə barəsində araşdırma edənlər məbləğin kimlər tərəfindən ödəndiyini də gizli tutur. Lernerin altı silahlı və maskalı şəxslər tərəfindən oğurlandığını deyilir.

 

Oğurlandıqdan sonra EXMO müştəriləri öz kripto pulları haqqında narahat olduqlarını ifadə etsələr də şirkət təhlükəsizliyin təmin olunduğunu qeyd edib. Maliyyə şirkəti Lernerin korporativ sistemə çıxışının mümkün olmadığını və istifadəçilərin pullarının və hesablarının təhlükəsiz olduğunu söyləyib. Bununla yanaşı, məbləği götürən cinayətkarların uzun müddət keçmədən bitcoinləri pula çevirdikləri güman edilir. Çünki əllərində tutduqları bitcoin pulun dəyərini hər keçən gün azaldır. Ukraynada belə qaçırılma hadisələri birincidir, lakin güman edilir ki, bu vəziyyət kriptovalyutanın anonimlik xüsusiyyətinə görə təkrarlana bilər