Deyilənlərə görə Apple bu il də 4 düym ekranlı iPhone modeli istifadəyə verəcək. Bu model iPhone SE 2017 olaraq adlandırılacaq. Cihazın dizaynı isə iPhone 8 kimi olacaq. SE 2017-nin dizayn xəttləri 5s-ə deyil iPhone 7 modelinə daha çox bənzəyəcək. Kamera və fleş isə daha əvvəlki modellərdəki kimi üfüqi deyil, şaquli yerləşdiriləcək.
iPhone SE 2017-nin Jet Black rəng seçimi ilə gəlməsi də ən real iddialar arasındadır. Cihazın texniki özəllikləri haqqında hələki rəsmi məlumat olmasa da təxminlərə görə iPhone SE 2017 Apple A9 çipseti və 2 GB RAM ilə gələcək. Yayılan son iddia isə kameranın OİS (Optical Image Stabilization) dəstəyinin olmasıdır.